Hindistanın Uttarxand əyalətində məscid və ona bitişik mədrəsənin sökülməsi zamanı münaqişə baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, hadisə əyalətin Haldvani şəhərində baş verib.
Çaxnaşma nəticəsində ən azı 5 nəfər həyatını itirib.
Yüzlərlə insan isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilər yaralananlar arasında polis əməkdaşlarının da olduğunu bildirib.
Qeyd edək ki, gərginlik səbəbilə komendant saatı elan edilib və bölgəyə minlərlə əlavə polis göndərilib.
Aysu Demokrat.az


