Dünya

Qazaxıstanda maska rejimi bərpa olundu

Qazaxıstanda maska rejimi bərpa olundu

Qazaxıstan Respublikasının Baş Dövlət Sanitariya Həkimi “Hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi haqqında” fərman imzalayıb.

Demokrat.azxəbər verir ki, bu barədə "Zakon.kz" yazıb.

Qərara əsasən, Qazaxıstan Respublikasının əhalisi arasında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (qızılca, COVID-19 koronavirus infeksiyası, qrip və digər kəskin respirator virus infeksiyaları) yayılmasının qarşısının alınması məqsədilə maskalardan istifadə olunacaq.

Qeyd edək ki, koronavirusla bağlı əlverişsiz vəziyyətlə əlaqədar Milli Məclisdə maska ​​rejimi tətbiq edildiyi barədə daha əvvəl məlumat verilmişdi.

D
demokrat.az