Gündəm Özəl

“İnsan yaşamaqdan da, işləməkdən də zövq alır...” — Xalq artisti

“İnsan yaşamaqdan da, işləməkdən də zövq alır...” — Xalq artisti

“Mədəniyyət sahəsinə həqiqi mənada böyük diqqət və qayğının göstərildiyinin şahidiyəm. Ulu öndərin dövründə də bu dəstək var idi, indi də davam edir. Ölkəyə layiqli şəxs liderlik edəndə insan yaşamaqdan da, işləməkdən də zövq alır. Qalib dövlətin vətəndaşı olmaq fəxrdir”.

Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti İlham Namiq Kamal deyib. Sevilən aktyor qarşıdakı yeni dövrdə ölkədə hər sahədə islahatların həyata keçiriləcəyini düşünür:

“Bu elə bir seçkidir ki, bundan sonra çox şeyin dəyişdiyini görəcəyik. İqtisadiyyat, elm, təhsil, eləcə də mədəniyyət, incəsənət sahəsində dayanıqlı inkişafın şahidi olacağıq. Mədəniyyət təsisatları yaradılır, teatrlarımız, muzeylərimiz bərpa olunur, Xankəndində Qarabağ universiteti açılacaq. Azərbaycan teatrının və kinosunun inkişafı yolunda da ciddi addımların atılacağı gözlənilir. Hamılıqla bu islahatlara hazırıq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova