“HƏMAS”ın Qəzzada üç mərhələli əsir mübadiləsi və atəşkəsi qəbul etdiyi açıqlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin mənbələri məlumat yayıb.
Məlumatda, “HƏMAS”ın Qəzzada üç mərhələli əsir mübadiləsi və hər biri 45 gün davam edən atəşkəsi nəzərdə tutan planı qəbul etdiyi bildirilib.
Razılaşmanın birinci mərhələsi hər iki tərəfdən qadın, uşaq və qocaların azad edilməsini və Qəzza zolağına daxil olan humanitar yardım maşınlarının sayının gündə 500-dən az olmamasını əhatə edir.
“HƏMAS”ın təqdim etdiyi razılaşmanın ilk mərhələsində isə Qəzza zolağında köçkünlərin geri qayıtmalarına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılması tələb edilib.
Planın ikinci mərhələsində İsraildən 45 gün ərzində “HƏMAS”ın Qəzzada saxladığı İsrail hərbi məhbuslarının azad edilməsi müqabilində bəzi fələstinli məhbusların azad etməsi istənilir.
Planın üçüncü mərhələsi olan 45 günlük müddətdə isə tərəflər arasında cəsəd mübadiləsinin nəzərdə tutulduğu bildirilir.
Aysu Demokrat.az


