Bu ilin əvvəlinə olan məlumata görə, Türkiyədə 1 milyon 570 min 543 nəfər xarici ölkə vətəndaşı yaşayır və bu göstəriciyə qaçqınlar (əsasən Suriyadan olanlar) daxil edilməyib.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının sayı son bir ildə 253 min 293 nəfər azalıb.
Məlumat üçün qeyd edək ki, qardaş ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı 70 min 971 nəfər olub.
2023-cü ilin əvvəli ilə müqayisədə Türkiyədə yaşayan azərbaycanlıların sayı 2 min 87 nəfər artıb. Türkiyədə yaşayan azərbaycanlıların 33 min 287-si kişi, 37 min 684-ü qadın olub.
Türkiyədə yaşayan əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları 8-ci sırada qərarlaşıb. Son 2 ildə Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının ilk 10-luğu aşağıdakı kimi olub:


