Suriyada 10 ildir “İŞİD”in əsir götürdüyü yezidi qadın xilas edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Suriya Demokratik Qüvvələri (SDQ) açıqlama yayıb.
Açıqlamaya görə, 24 yaşlı qadın Suriyanın Əl-Hol düşərgəsində oğlu və qızı ilə birlikdə xilas edilib.
Xilasetmə əməliyyatı SDQ tərkibində fəaliyyət göstərən Qadın Müdafiə Birlikləri (YPJ) tərəfindən həyata keçirilib.
Qadının əslən İraqın Mosul şəhərinin Sincar rayonunun Hardan kəndindən olduğu bildirilib.
Qeyd edək ki, sözügedən qadın 2014-cü ildə “İŞİD” döyüşçüləri tərəfindən qaçırılaraq əsir saxlanılıb.
Aysu Demokrat.az


