Dünya

“Terror aktının qarşısı alınıb” — Rusiya FTX

“Terror aktının qarşısı alınıb” — Rusiya FTX

“Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Krımın liderlərindən birinə qarşı hazırladığı terror aktının qarşısını alıb”.

Yeniavaz.comxəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Krımda Rusiya FTX-nin əməkdaşları Rusiya vətəndaşlarından ibarət bir qrup şəxsi saxlayıblar. Saxlanılan V. A. Bodnar, O. V. Şevçenko və V. V. Ananyeva Simferopolda SBU-nun göstərişi ilə Krım hakimiyyət orqanlarının nümayəndələrindən birinə məxsus avtomobili partlatmağa hazırlaşıb”, - məlumatda deyilir.

Saxlanılanların etiraf etdiyi bildirilir.

NE
Nihadə Eyyubova