Kriminal Özəl

Gecəyarısı evinə gələn sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Gecəyarısı evinə gələn sərxoş kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Abşeron rayonunda 1987-ci il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Muxtar 8 noyabr 2023-cü ildə, gecə saat 4 radələrində keçmiş arvadı Kəmalə və övladları ilə hələ də birlikdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivindəki evə alkoqol sərxoşluğunda gəlib. Ona Kəmalənin içki içməsi ilə bağlı irad bildirməsindən əsəbiləşib.

Muxtar şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Kəmalənin üzərinə hücum edib. O, qəsdən əli ilə Kəmalənin saçından tutub dartmaqla yerə yıxıb, yumruq zərbələri ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona verilən ittihamı etiraf edib. O bildirib ki, , 2010-cu ildə Kəmalə ilə rəsmi nigaha daxil olub: “Bu nigahdan 3 övladımız olub. 2020-ci ildə yola getmədiyimiz üçün rəsmi olaraq nigahımıza xitam verilib. Kəmalədən ayrılsam da, onunla eyni evdə yaşayıram. Hadisə günü, gecə saat 4 radələrində spirtli içki qəbul etdikdən sonra Hökməli qəsəbəsində yaşadığımız evə gəldim. Həmin vaxt Kəmalə spirtli içki qəbul etməyimə görə mənə irad bildirdi. Mən də bundan əsəbləşərək “yaxşı edib içmişəm” deyərkən aramızda münaqişə yarandı, 3-4 yumruq zərbələri ilə Kəmalənin baş və bədən nahiyələrinə vurmaqla onu döydüm”.

İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, keçmiş əri Muxtarla aralarında mütəmadi olaraq mübahisələr baş verir: “Sonuncu dəfə aramızda münaqişə baş verdiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Lakin sonradan barışdığımıza görə ərizəmi geri götürdüm. Muxtarla ayrılsaq da, lakin bir evdə yaşayırıq. 8 noyabr 2023-cü ildə, gecə saat 4 radələrində Muxtar yaşadığımız Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evimə gəldim. Həmin vaxt ona içki qəbul etmişdi. Ona “niyə bu vaxt gəlmisən” dedim. Muxtar da “yaxşı eliyirəm” cavabını vermişəm. Onun barəsində polisə şikayət etdiyim üçün mənə “get yenidən polisə de sənə kömək etsin” deyərkən bu səbəbdən aramızda münaqişə yarandı. Münaqişə zamanı Muxtar mənim və azyaşlı uşaqlarımın ünvanına nalayiq ifadələr işlətdi. Sonra isə saçımdan tutub sürüyərək yerə yıxdı, baş və bədənimin müxtəlif nahiyələrinə yumruq zərbələri ilə xəsarətlər yetirdi”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muxtarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova