Dünya Özəl

“İnsanlar Mars planetini məhv edir” —“Daily Mail” yazır

“İnsanlar Mars planetini məhv edir” —“Daily Mail” yazır

Peyk monitorinqi üzrə ixtisaslaşmış şirkət Mars planetində nəhəng kosmik tullantıların həcmini əks etdirən xəritə hazırlayıb.

Demokrat.az Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, “İnsanlar Mars planetini məhv edir” başlıqlı xəritədə Marsda qəzaya uğramış kosmik gəminin 15,694 funt həcmində tullantılarının olduğu göstərilir.

Qırmızı planetdə aşkar edilən tullantılar arasında metal eniş aparatları, istilik qalxanları, istifadə olunmuş paraşütlər, qazıntı vasitələri, parça torlar və bıçaqlar olub.

Yeni xəritə 1971-ci ildə insan tərəfindən yaradılan ilk obyektin qırmızı planetə gəldiyi andan hazırda fəaliyyət göstərməyən “Ingenuity Martian” vertolyotuna qədər son 53 il ərzində Marsa enən kosmik gəminin qalıqlarının koordinatları müəyyənləşdirilib. Tullantılara misal olaraq 1971-ci ilin mayında Marsın səthinə toxunan ilk süni obyekt olan Rusiyanın “Mars 2” eniş aparatını göstərmək olar. Eləcə də 2003-cü ilin dekabrında planetə enən və onun səthində qəzaya uğrayan, lakin yoxa çıxdıqdan 11 il sonra Yerdən kənarda həyat axtarışı zamanı tapılan Britaniyanın "Beagle 2" kosmik gəmisinin qalıqları da tullantılar arasındadır. Kosmik tullantıların içində NASA-nın Marsda son uçuşunu həyata keçirən və 18 yanvarda rotor qanadlarından birinin çökməsindən sonra artıq uça bilməyən “Ingenuity” helikopteri də var.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova