Türkiyədə park halında olan sərnişin avtobusu naməlum səbəbdən yanaraq külə dönüb.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Bursa vilayətində baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub.
Yanğın dayanacaqda olan digər avtomobillərə keçməzdən əvvəl söndürülüb.
Avtobus yanğın nəticəsində yararsız vəziyyətə düşüb, ölən və ya yaralanan olmayıb.
Yanğının səbəbləri araşdırılır.
Aysu Demokrat.az


