Almaniya 2024-cü il fevralın 1-dən etibarən 4 günlük iş həftəsini sınaqdan keçirəcək.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, ilk mərhələdə ölkə ərazisində 45 şirkət pilot sxemdə iştirak edəcək.
Sınaq, üç günlük həftə sonunun işçilərin daha xoşbəxt, sağlam və məhsuldar olub-olmadığını təhlil etmək məqsədi daşıyacaq.
Tədqiqat aparan “4 Day Week Global” qeyri-kommersiya təşkilatına görə, işçilər eyni maaşla həftədə daha az saat işləyəcəklər.
Daha əvvəl müxtəlif ölkələrdə sınaqdan keçirilmiş pilot tətbiqin məhsuldarlığın artırılması ilə yanaşı, təşkilat daxilində stress və tükənmişlik səviyyələrinin azalmasına səbəb olacağı düşünülür.
Aysu Demokrat.az


