Kriminal Özəl

Həmcinsini fahişəliyə məcbur edən qadına cinayət işi açıldı

Həmcinsini fahişəliyə məcbur edən qadına cinayət işi açıldı

Bakının Nizami rayonunda qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinən Aytac Osmanovanın barəsində cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aytac Osmanova rayon ərazisində bir qadını kişi müştəri ilə görüşdürüb, gəlir əldə edib.

Aytacın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mətanət Hacıyevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, iş üzrə bir qadın zərərçəkmiş qisimində tanınıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova