Dünya Özəl

Kolumbiya hökuməti ilə “ELN”arasında atəşkəs müddəti uzadıldı

Kolumbiya hökuməti ilə “ELN”arasında atəşkəs müddəti uzadıldı

Kolumbiya hökuməti ilə silahlı qiyam təşkilatı olan Milli Azadlıq Ordusu (ELN) arasında ikitərəfli atəşkəs sazişinin müddəti daha 7 gün uzadılıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, tərəflər arasında yanvarın 22-də başlayan sülh danışıqları ikitərəfli atəşkəs razılaşmasının daha 7 gün uzadılması ilə yekunlaşıb.

Dövlətlə “ELN” arasında avqustun 3-də başlayan və yanvarın 29-da başa çatan ikitərəfli atəşkəs razılaşmasının uzadılıb-uzadılmayacağı fevralın 5-də keçiriləcək görüşdə müəyyənləşəcək.

Aysu Demokrat.az

D
demokrat.az