“Kontakt” mağazalar şəbəkəsi rəsmi sosial media səhifələrində Qarabağın dirçəlişini və müharibədən sonrakı müsbət dəyişiklikləri özündə əks etdirən anlamlı videoçarx yayımlayıb.
Demokrat.azxəbər verir ki, videoçarxda Qarabağa çatdırılma edən iki “Kontakt” əməkdaşı yol boyu bölgənin müharibədən sonrakı inkişafını heyrətlə şərh edib, burada aparılan, tikinti, yenidənqurma və bərpa işlərinə xüsusi diqqət çəkiblər.
Şəbəkə videoçarxı paylaşdıqdan qısa müddət ərzində izləyicilər tərəfindən olduqca rəğbətlə qarşılanıb və onların emosional anlar yaşamasına səbəb olub.


