Böyük Britaniya hökuməti tütün və elektron siqaret məhsullarına qarşı başlatdığı mübarizə çərçivəsində elektron siqaretlərin satışına müxtəlif məhdudiyyətlər qoyub.
Demokrat.az xəbər verir ki, bu barədə İngiltərə Baş Nazirinin 10 nömrəli ofisindən açıqlama verilib.
Açıqlamada, son üç ildə elektron siqaretdən istifadə edən uşaqların sayının üç dəfə artdığı, 11-15 yaş arası uşaqların yüzdə 9-nun elektron siqaretdən istifadə etdiyi bildirilib.
Həmçinin, son 2 ildə birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaş arası uşaqların sayının 9 dəfə artdığı vurğulanıb.
Yeni qərara əsasən, elektron siqaretlərdəki qoxunun azaldılmasına qərar verilib.
Həmçinin uşaqlara tərkibində nikotin olan məhsulların satışının qadağan ediləcəyi də qeyd edilib.
Bu məhsulları uşaqlara satanların 2 min 500 sterlinq cərimələnəcəyi bildirilir.
Aysu Demokrat.az


