İranın dəstəklədiyi husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini raketlərlə hədəf alıb.
Demokrat.az xəbər verir ki, bu barədə Husilərin Hərbi Sözçüsü Yəhya Seri “X” sosial media platformasından açıqlama verib.
Açıqlamada, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid "Lewis B Puller" gəmisini dəniz raketi ilə hədəf aldıqları bildirilib.
Eyni zamanda, sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab vermək məqsədilə edildiyi qeyd edilib.
Aysu Demokrat.az


