Suriyanın Həsəkə vilayətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazası ətrafında raket hücumu həyata keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələrinin Həsəkənin cənubunda yerləşdirildiyi Şəddadi bazası yaxınlığında raket hücumu həyata keçirilib.
Hücumda hər hansı itki olub-olmadığı hələlik məlum deyil.
ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.
Aysu Demokrat.az


