Dünya

Türkiyə kinosunun “pis adamı” vəfat etdi — FOTOLAR

Türkiyə kinosunun “pis adamı” vəfat etdi — FOTOLAR

Türkiyə kinosunun “pis adamı” kimi tanınan məşhur “Yeşilçam” aktyoru Hikmət Taşdemir vəfat edib.

Demokrat.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, aktyor müalicə aldığı xəstəxanada 81 yaşında dünyasını dəyişib.

Hikmət Taşdemir 1942-ci ildə Ərzurumda anadan olub. Gənc yaşlarından müxtəlif teatrlarda fəaliyyət göstərib. Bir çox filmlərdə köməkçi rollarda çıxış edib.

Aktyor daha çox “Qorxusuz qorxaq” filmində Qəddar Kərim, “Ümidimiz Şaban”da Mardinli Arif və “Tatar Ramazan”da Cıbıl Xəlil obrazları ilə yadda qalıb. O, Yılmaz Güneyin “Ümidsizlər” filmində “Barmaqsız” ləqəbli qatil obrazını da canlandırıb.

Türkiyə kinosunun “pis adamı” vəfat etdi — FOTOLAR

Türkiyə kinosunun “pis adamı” vəfat etdi — FOTOLAR

D
demokrat.az