Dünya Özəl

Yaponiyada qatarların hərəkəti dayandırıldı

Yaponiyada qatarların hərəkəti dayandırıldı

Yaponiyanın şərqində və mərkəzi hissəsində bir çox sürətli qatarların hərəkəti dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin “East Japan Railway Co” şirkəti açıqlama yayıb.

Açıqlamaya görə, yerli vaxtla saat 10:00 radələrində Tohoku, Joetsu, Hokuriku yüksək sürətli qatar xətlərində elektrik enerjisi kəsilib.

Elektrik kəsilməsindən sonra Saitama əyalətinin Omiya bölgəsində hərəkət edən 13 sürətli qatar sıradan çıxıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova