Kriminal Özəl

Şəmkirdə gənc oğlan arvadını döydü — TƏFƏRRÜAT

Şəmkirdə gənc oğlan arvadını döydü — TƏFƏRRÜAT

Şəmkir rayonunda 1995-ci il təvəllüdlü Cəmil qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 16-da, saat 19.45-də Şəmkir rayonunun Qaracəmirli kəndində baş verib. Cəmil yaşadığı evdə arvadı Nuranə ilə aralarında qısqanclıq zəminində yaranmış münaqişə baş verib. Bu zaman Cəmil bir neçə dəfə Nuranənin sifətinə və alnına vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Cəmilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmilin aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova