Kolumbiyanın cənub-qərbində 5,6 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumatda, zəlzələnin episentrinin ölkənin cənub-qərbindəki Kartaqo şəhərindən 5 kilometr cənub-şərqdə olduğu bildirilib.
Dərinliyi 60,7 kilometr elan edilən zəlzələdən sonra "sunami" xəbərdarlığı edilməyib.
Aysu Demokrat.az


