Daxili siyasət

Seçkilərdə "exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar açıqlandı

Seçkilərdə exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar açıqlandı

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

Demokrat.az-ın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: "Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC-dir".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

D
demokrat.az