Dünya Özəl

Bu ölkədə 225 nəfər aclıqdan öldü

Bu ölkədə 225 nəfər aclıqdan öldü

Efiopiyanın Tiqray bölgəsində iyul ayından bəri 200-dən çox adam aclıqdan ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, səlahiyyətlilər bölgənin sonuncu dəfə 1984-cü ildə görülən miqyasda aclıq astanasında olduğu barədə xəbərdarlıq edib.

Əddis-Əbəbədəki mərkəzi hökumət bölgədəki aclıq xəbərlərini inkar edib və yardım göstərmək üçün çalışdıqlarını bildirib.

Lakin tibb işçiləri və humanitar işçilər yardımın kifayət qədər tez gəlmədiyini və insanların həyatını xilas etməkdə çətinlik çəkdiklərini açıqlayıblar.

Qeyd edək ki, ölənlərin əksəriyyəti uşaq və gənclərdir.

Aysu Demokrat.az

D
demokrat.az