Dünya Özəl

Rusiya-Ukrayna sülh formulu sammitinə bu ölkə ev sahibliyi edəcək

Rusiya-Ukrayna sülh formulu sammitinə bu ölkə ev sahibliyi edəcək

Rusiya-Ukrayna sülh formulu sammitinə İsveçrə ev sahibliyi edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Viola Amherd Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Prezident bildirib ki, İsveçrə sülh formulunu və Ukraynada sülhün əldə edilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir:

“Bazar ertəsi iki nümayəndə heyəti bu məqsədə doğru növbəti addımları müzakirə ediblər. Ukrayna prezidentinin xahişi ilə İsveçrə sülh formulu üzrə sammitə ev sahibliyi etməyə razılıq verib. Hazırda daha ətraflı iş aparılır.

İsveçrə həmçinin Rusiyanın təcavüz cinayətinə görə məsuliyyət daşımaması ilə bağlı xüsusi məhkəmənin yaradılmasını dəstəkləyən dövlətlərdən biridir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova