Fransanın Avinyon şəhərində toplaşan fermerlər hökumətin kənd təsərrüfatı sektoru ilə bağlı siyasətinə etiraz ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Avinyonda birliklərin rəhbərliyi ilə 300-ə yaxın fermer bir araya gələrək traktorları ilə bölgə qubernatorluğuna doğru hərəkət ediblər.
İstehsal xərclərinin artması və dəstək ödənişlərinin yetərincə olmaması səbəbindən qazanc əldə edə bilmədiklərini bildirən fermerlər bu vəziyyətə etiraz olaraq məhsullarını qubernatorluğun qarşısına töküblər.
Daha sonra hökumətin sektorla bağlı siyasətinə kənd təsərrüfatı tullantılarını yandıraraq reaksiya veriblər.
Aysu Demokrat.az


