Dünya Özəl

BMT: Qəzzada 2,2 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

BMT: Qəzzada 2,2 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşməsi barədə xəbərdarlıq edib.

Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Bildirilib ki, Qəzzada mövcud ərzaq qıtlığı səbəbindən ərazidə böhran yaşanır:

“Qəzzada 2,2 milyon insan qıtlıq təhlükəsi ilə üzləşib. 378 min adam İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) şkalasında "fəlakətli" adlandırılan 5-ci səviyyəli aclıqla üzləşib.

Bundan əlavə 939 min insan isə fövqəladə vəziyyət olaraq bilinən 4-cü dərəcə aclıqla qarşı-qarşıyadır”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova