İqtisadiyyat

Azərbaycan iqtisadiyyatının son vəziyyəti açıqlandı

Azərbaycan iqtisadiyyatının son vəziyyəti açıqlandı

Yola saldığımız 2023-cü ildə Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 114,5 manata bərabər olub.

Müqayisə üçün qeyd edək ki, bir il əvvəl – 2022-ci ildə Azərbaycanda ÜDM istehsalı 4,6% artıb. Qeyri neft-qaz sektorunda isə 9 faiz artım olub.

NE
Nihadə Eyyubova