Müğənni Sevda Sanəliyevanın ad günü olub.
Axşam.az xəbər verir ki, övladları gecə yarısı sənətçiyə sürpriz hazırlayıb.Sevda həmin anların görüntüsünü instaqram hesabında yayımlayıb.
"Gecə-gecə quzularım ad günümə sürpriz etdilər. Körpələrim, sizin hər sağlam keçən gününüz mənim ad günümdür. Allah sizin gözəl günlərinizi görməyi nəsib etsin. Bir yaş da qocaldım" deyə, Sevda təəssüratlarını bölüşərkən yazıb.


