Hadisə Özəl

Qaz sızması nəticəsində 16 nəfər xəstəxanaya yerləşdirildi

Qaz sızması nəticəsində 16 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyədə təbii qaz sızıntısından zərər çəkən 16 nəfər xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Bingöl vilayətində yerləşən restoranda naməlum səbəbdən baş verib.

Hadisə zamanı restoranda olan 16 nəfər qaz sızmasından zərər çəkib.

Əraziyə Təcili Tibbi Yardım və yanğınsöndürmə qrupları göndərilib.

Zərərçəkən şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova