“Elektron tullantıların bəzilərinin tərkibində ağır metallar var. Bu metallar tullantıya çevrildikdə, torpaqdakı maddələrlə qarşılıqlı əlaqədə olur və insan sağlamlığına təsir edir".
Demokrat.az xəbər verir ki, bu fikirləri türkiyəli professor Loğman Hakan Tecer bildirib.
O deyib ki, istifadə müddəti başa çatmış elektron əşyalar ətraf mühitə atılmamalıdır:
“Bu gün kompüterlər, telefonlar və digər bir çox elektron cihazların istifadə müddəti var. Bu müddət bitdikdən sonra elektron məhsullar ətraf mühitdə tullantıya çevrilir.
Biz bu məhsulların ayrı-ayrılıqda toplanmasını və utilizasiyasını təmin etməliyik. Təkrar istehsal üsulu ilə məhdud təbii ehtiyatlara qənaət edilə bilər.
Bəzi elektron tullantıların tərkibində ətraf mühitə və canlılara zərər verən ağır metallar var. Bu metallar torpağa atıldıqda torpaqdakı maddələrlə qarşılıqlı əlaqədə olur və dolayısı ilə insan sağlamlığına təsir göstərir.
Elektron tullantıların düzgün atılmaması nəticəsində ətraf mühitə dəyən ziyan da artmaqdadır.
Elektron cihazlar təhlükəli tullantılar kimi təsnif edilir. Vətəndaşlar bu tullantıların təkrar emalı mövzusunda daha həssas olmalıdır”.
Aysu Demokrat.az


