Almaniya Səudiyyə Ərəbistanına yeni “IRIS-T” raketləri tədarük etməyi hədəfləyir.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanına silah ixracına veto qoyan Almaniya “Eurofighter” döyüş təyyarələri ilə bağlı vetosunu qaldırıb.
Bununla da ölkəyə “İRİS-T” raketlərinin çatdırılmasını təsdiqlənib.
Almaniya hökumətinin sözçüsü ölkəsinin Diehl şirkəti tərəfindən istehsal edilən 150 ədəd “IRIS-T” hava-hava raketinin Səudiyyə Ərəbistanına təhvil verilməsinə razılıq verdiyini bildirib.
Həmçinin qadağan edilən silah ixracının yenidən başladığını açıqlayıb.
Aysu Demokrat.az


