Dünya Özəl

İran Oman körfəzində ABŞ tankerini ələ keçirdi

İran Oman körfəzində ABŞ tankerini ələ keçirdi

İran Oman körfəzində ələ keçirdiyi neft tankerinin ABŞ-a məxsus olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə İran Ordusu Hərbi Dəniz Qüvvələri yazılı açıqlama yayıb.

Bildirilib ki, İran Ordusunun Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzində ABŞ-a məxsus neft tankerini ələ keçirib.

Digər tərəfdən, Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən açıqlamada Oman körfəzində bir neft tankerinin hərbi geyimli silahlı şəxslər tərəfindən ələ keçirildiyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova