Hadisə

Culfada yol qəzası zamanı piyada xəsarət alıb

Culfada yol qəzası zamanı piyada xəsarət alıb

Culfa şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil yolu keçən şəhər sakini, 1982-ci il təvəllüdlü Behbudova Adilə Abbasəli qızını vurub.

O, Culfa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az