Dünya Özəl

Zəlzələdə ölənlərin sayı 203-ə çatdı

Zəlzələdə ölənlərin sayı 203-ə çatdı

Yaponiyanın qərbindəki İşikava əyalətində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 203-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə əyalət qubernatorluğundan açıqlama verilib.

Açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 203-ə yüksəldiyi bildirilib.

Həmçinin, əyalət boyu 22 fərqli bölgədə 400 təxliyyə məntəqəsində cəmi 26 min insanın qaldığı, 3 min 100 nəfərin isə bağlı yollar səbəbiylə qapalı vəziyyətdə qaldığı qeyd edilib.

Aysu Demokrat.az

D
demokrat.az