Dünya Özəl

İtaliyada hava şəraiti ilə əlaqədar “sarı” xəbərdarlıq edildi

İtaliyada hava şəraiti ilə əlaqədar “sarı” xəbərdarlıq edildi

İtaliyada ekstremal hava şəraitinin yarada biləcəyi təhlükə ilə əlaqədar 8 regionda “sarı” xəbərdarlıq edilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin “ANSA” agentliyi məlumat yayıb.

Məlumata görə, Mülki Müdafiə Agentliyi şiddətli külək və qar yağması ilə bağlı əhaliyə çağırış edib.

Qurum Abruzzo, Bazilikata, Kalabriya, Kampaniya, Emilia Romagna, Molise, Sardiniya və Siciliya bölgələri üçün "sarı" xəbərdarlıq edib.

Qeyd edək ki, ölkədə baş verən ekstremal hava şəraiti nəticəsində iki nəfər həyatını itirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova