Pakistanın şimalında polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkənin Hayber Paxtunxva əyalətinin Bajaur bölgəsində polis əməkdaşlarının olduğu avtomobilə bombalı hücum təşkil edilib.
Hücum nəticəsində ən azı 6 polisin həyatını itirdiyi, 22 nəfərin yaralandığı açıqlanıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


