“AzerGold” QSC-nin "Bakı Fond Birjası" QSC-də (BFB) yerləşdirməyi planlaşdırdığı20 milyonABŞ dolları dəyərində yeni istiqrazlar ilk emissiyada olduğu kimi 3 il tədavüldə olacaq.
Demokrat.azbu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Bununla belə, istiqrazların illik gəlirliliyi ilk emissiya ilə müqayisədə 2 faiz bəndi çox - 6 % təşkil edəcək, faizlər yenə də rüblük ödəniləcək.
İlk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri100ABŞ dolları olan200 000ədəd istiqrazın yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri yenə də "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
"AzerGold"un 2020-ci ildə tədavülə buraxdığı20 milyon ABŞ dollarıdəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların tədavül müddəti ötən ilin sentyabr ayında başa çatıb. Nominal dəyəri100 ABŞ dollarıolan200 minədəd istiqrazın yarısı 2020-ci ilin sentyabr ayında, yarısı noyabr ayında yerləşdirilib. Bu müddətdə istiqraz sahibləri2,4 milyon ABŞ dollarıfaiz gəlirləri əldə edib. Həm bu məbləğ, həm də əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, ümumilikdə22,4 milyon ABŞ dollarıməbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi başa çatdırılıb.


