Fərat Qalxanı və Zeytun Budağı bölgələrində hücuma hazırlaşan 6 PKK terrorçusu Türk ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə daxilində və sərhəddən kənarda terrorla mübarizə davam etdirilir:
“Fərat Qalxanı və Zeytun Budağı bölgələrində hücuma hazırlaşan daha 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı əməliyyatlarını davam etdirəcək”.
Aysu Demokrat.az


