Dünya

3 dəqiqəyə 400 minlik qızıl oğurladılar — VİDEO

3 dəqiqəyə 400 minlik qızıl oğurladılar — VİDEO

Türkiyənin Bursa şəhərində qızıl dükanından 400 min Lirəlik qızıl oğurlanıb.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Nilufer rayonunda qeydə alınıb.

Belə ki, əvvəlcə əraziyə baxış keçirən 4 nəfər şübhəli şəxs avtomobillə zərgərlik mağazasının qarşısına gəlib.

Şübhəlilərdən üçü iş yerinin dəmir jalüz lomla sındıraraq, mağazanın pəncərəsini qırıb və içəri daxil olub.

3 dəqiqə ərzində 400 min Lirə dəyərində qızıl oğurlayan 3 şübhəli gəldikləri avtomobilə doğru qaçaraq gözdən itiblər. Hazırda polislər şübhəliləri tutmaq üçün genişmiqyaslı araşdırmalara başlayıb.

D
demokrat.az