ABŞ-nin Oreqon ştatının Portlend şəhərindən Kaliforniyanın Ontario şəhərinə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Demokrat.azxarici KİV-ə istinadla xəbər verir ki, Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsinin təcili çıxış qapısı naməlum səbəbdən təzyiqin düşməsi nəticəsində 16 min fut yüksəklikdə partlayıb.
174 sərnişini və 6 ekipaj üzvü təcili vəziyyətdə Portlendə qayıtmalı olub. Təyyarə Portlendə uğurla eniş edib, xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. (Ölkə.az)


