Naxçıvanda bir ailənin dörd üzvü salatdanzəhərlənib.
Bu barədə Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bayram günlərində muxtar respublikada səkkizzəhərlənmə halı qeydə alınıb.
Bənzər vəziyyət Cəlilabadda daolub.
Həkim, dietoloq-terapevt Ləman Süleymanova“Xəzər Xəbər”ə deyir ki, bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilir. Həkim bildirir ki, bayramdan bir gün əvvəl mayonezlə hazırlanan salatları və digər yeməkləri günlərlə saxladıqdan sonra qəbul etmək olmaz.
Daha ətraflı videomaterialı təqdim edirik:


