Dünya Özəl

Argentina BRİKS qrupundan çıxdı

Argentina BRİKS qrupundan çıxdı

Argentina Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS qrupundan ayrılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Milei açıqlama verib.

Açıqlamada, Argentina Respublikasının 2024-cü il yanvarın 1-dən etibarən BRİKS-ə tamhüquqlu üzv kimi daxil edilməsinin hökumət tərəfindən məqsədəuyğun sayılmadığı bildirilib.

BRİKS qrupundan çıxmağın bu ölkələrlə ticarətin olmayacağı anlamına gəlmədiyini bildirən Milei əlaqələrin davam edəcəyini vurğulayıb.

BRİCS-in rəsmi üzvü olmaq istəyən Argentina, keçmiş prezident Alberto Fernandezin dövründə üzvlük prosesinə rəsmən start verib.

Xarici siyasətdə köklü dəyişikliklər edəcəklərini də bildirən Milei həmçinin, Venesuela, Kuba və Nikaraquada diktator rejimlərin hökm sürdüyünü və bu ölkələrlə diplomatik əlaqələrin kəsilməsi əmrini verdiyini açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova