İndoneziyanın Açe əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, 5,9 bal gücündə zəlzələ dənizin 10 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, 270 milyondan çox əhalisi olan İndoneziya, dünyada seysmik hərəkətlərin və vulkan püskürmələrinin ən çox yayıldığı Sakit Okean Seysmik Bölgəsində, “Alov halqası” olaraq da bilinir.
Aysu Demokrat.az


