Keçmiş baş nazir İmran Xanın Pakistan seçkilərində parlamentə namizəd olmaq istəyi rədd edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, Pakistanın seçki orqanları həbsdə olan keçmiş baş nazir İmran Xanın 2024-cü il fevralın 8-də keçiriləcək ümumi seçkilərdə həbsxanadan parlament namizədi kimi iştirak etmək xahişini rədd edib.
Seçki komissiyasının rəsmiləri, Xanın hazırkı konstitusiyaya görə namizəd ola bilməyəcəyini bildirib və səbəb olaraq ona qarşı qətiləşmiş həbs cəzasını əsas gətiriblər.
Aysu


