Dünya Özəl

Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 21-ə yüksəldi

Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 21-ə yüksəldi

Cənubi Afrikada həftənin əvvəlindən yağan leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 21-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar beynəlxalq mətbuatda yer alıb.

Məlumata görə, KvaZulu-Natal əyalətinin Ladysmith şəhərində baş verən daşqın nəticəsində indiyədək 21 nəfər ölüb.

Yağış dayandıqdan sonra selin yaratdığı dağıntılarda itmiş insanların axtarışı üçün 60 nəfərlik qrup və 12 axtarış-xilasetmə iti ayrılıb.

Sel nəticəsində Bellspruit çayında baş verən daşqın yaşayış məntəqələrində böyük dağıntılara səbəb olub.

Humanitar yardım təşkilatları ehtiyacı olan ailələrə çatmaq üçün öz qruplarını bölgəyə göndərib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova