İraqın şimalında Qəndil bölgəsində 2, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 8 olmaqla ümumilikdə 10 terrorçu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorla mübarizə əməliyyatları davam etdirilir:
“Əməliyyatlar çərçivəsində İraqın şimalındakı Qəndil bölgəsində 2 PKK, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə 8 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib”.
Aysu Demokrat.az


