Hərbi Dəniz Qüvvələrinin komandanı Donq Jun Çinin müdafiə naziri təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsi bu ay Hərbi Dəniz Qüvvələri Komandanlığını təhvil verən admiral Donqun ölkənin yeni müdafiə naziri olduğunu açıqlayıb.
Çinin müdafiə naziri Li Şanfu uzun müddət naməlum səbəbdən ictimai tədbirlərdə iştirak etmədiyi üçün oktyabrın 24-də vəzifəsindən azad edilib.
Qeyd edək ki, Linin yerinə təyinat olmadığı üçün Müdafiə Nazirliyinin vəzifəsi uzun müddət boş qalıb.
Aysu Demokrat.az


