Dünya Özəl

Yük maşını piyadaları vurdu: 1 ölü, 5 yaralı

Yük maşını piyadaları vurdu: 1 ölü, 5 yaralı

Almaniyanın Bavariya əyalətinin Passau şəhərində baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Passau şəhərinin mərkəzində yük maşını piyadaları vurub.

Bölgəyə polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları göndərilib.

Qəzada 1 qadın ölüb, sürücü də daxil olmaqla 5 nəfər isə yaralanıb. Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

Qəzanın baş verdiyi ərazi və Şanzl körpüsü nəqliyyatın hərəkəti üçün bağlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova