İsrail ordusu şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında 83 gündə 105 fələstinli jurnalisti qətlə yetirib.
Demokrat.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media İdarəsi açıqlama verib.
Bildirilib ki, İsrail ordusu Qəzza zolağında jurnalistlər Məhəmməd Hayrəddin və Əhməd Mahir Hayreddin ailəsinin yaşadığı bombalayıb.
Açıqlamada İsrail ordusunun daha 2 jurnalisti öldürməsi ilə 7 oktyabrdan bu yana Qəzza zolağında həyatını itirən jurnalistlərin sayının 105-ə yüksəldiyi bildirilib.
Aysu Demokrat.az


