Dünya Özəl

Pakistan “Fəth-2” reaktiv yaylım atəş sistemini sınaqdan keçirdi

Pakistan “Fəth-2” reaktiv yaylım atəş sistemini sınaqdan keçirdi

Pakistan ordusu “Fəth-2” adlı reaktiv yaylım atəş sistemini sınaqdan keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Pakistan ən müasir, mürəkkəb naviqasiya sistemi və unikal uçuş trayektoriyası ilə təchiz edilmiş Fəth-2-nin uçuş sınağını uğurla həyata keçirib.

Uçuş sınağına üç xidmətin yüksək rütbəli zabitləri və fədakar alimlər və mühəndislər şahid olub.

Pakistanın Prezidenti, Baş naziri və Baş Qərargah rəisi tədbirdə iştirak edən əsgərləri və alimləri uçuş sınağını uğurla başa vurmaları münasibətilə təbrik edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova